AZ

"Cenoa" Patrik Viyeranı istefaya göndərdi

İtaliyanın "Cenoa" futbol klubu baş məşqçisi Patrik Viyeranın istefaya göndərildiyini elan edib.

Olaylar xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni baş məşqçi təyin olunana qədər komandaya Roberto Murcita və Domeniko Krişto rəhbərlik edəcək.

Qeyd edək ki, doqquz turdan sonra "Cenoa" üç xalla İtaliya A Seriyasının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr