AZ

Azərbaycanda geniş mənada pul kütləsi 5 %-dən çox artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 47 milyard 985,7 milyon manat təşkil edib.

Aznews.az xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 %, ilin əvvəli ilə müqayisədə 3,2 %, ötən ilin oktyabrın 1-nə nisbətən 5,3 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 37 milyard 188,1 milyon manat olub ki, bu da aylıq müqayisədə 1 %, ilin əvvəli ilə müqayisədə 1,5 %, ötən ilin eyni dövrünə nisbətən 4 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 468,4 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,2 % çox, ilin əvvəli ilə müqayisədə 0,6 % az, ötən ilin eyni dövrünə nisbətən 2,7 % çoxdur.

Seçilən
39
4
aznews.az

5Mənbələr