AZ

Klubdan jest: Eren, Lemina və Yakopsun maaşı artdı

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, “Qalatasaray” rəhbərliyi komandanın əsas oyunçularından olan Eren Elmalı, Mario Lemina və İsmayıl Yakopsla yeni maliyyə razılaşmasına gəlib. Sarı-qırmızılılar bu futbolçuların maaşlarında əhəmiyyətli artım edib.

Fanat.Az xəbər verir ki, son vaxtlar komandanın uğurunda mühüm pay sahibi olan bu üç oyunçuya verilən artım klubun daxili mükafatlandırma siyasətinin bir hissəsidir.

Yeni razılaşmaya əsasən, Eren Elmalının illik maaşı 45 milyon lirədən 90 milyon lirəyə yüksəlib. Leminanın məvacibi 2,5 milyon avrodan 3 milyon avroya, İsmayıl Yakopsun isə 2,1 milyon avrodan 3 milyon avroya qaldırılıb.

Klubun məqsədi həm futbolçuların motivasiyasını artırmaq, həm də Avropa klublarının diqqətini çəkən bu oyunçuların “Qalatasaray”da qalmasını təmin etməkdir.

Kamil Xudiyev

Seçilən
14
1
fanat.az

2Mənbələr