AZ

Azərbaycan banklarının xalis xarici aktivləri ARTDI

Bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 751 milyon manat təşkil edib.

Publika.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 % az, ilin əvvəli ilə müqayisədə 0,6 %, ötən ilin oktyabrın 1-nə nisbətən isə 5 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 234,7 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,3 %, ilin əvvəli ilə müqayisədə 6,8 %, ötən ilin oktyabrın 1-nə nisbətən isə 5,7 % çoxdur.

Seçilən
24
publika.az

1Mənbələr