ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Donetsk vilayətinin Pokrovsk şəhəri uğrunda ağır döyüşlər davam edir. Hər iki tərəfin təchizatında ciddi problemlər var ki, bu da təchizat yollarının daim dronlar və artilleriya ilə vurulmasından irəli gəlir.
“AzPolitika” xəbər verir ki, “The Economist”-in jurnalisti Oliver Kerrolun yayımladığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri Pokrovsk yaxınlığında əks-hücuma başlayıb. Qərb və Ukrayna mediası da bu xəbəri təsdiqləyib.
“Reuters” agentliyinin iki Ukrayna hərbi mənbəyinə istinadla verdiyi məlumata görə isə Ukrayna xüsusi təyinatlı qüvvələri hələ bu həftənin əvvəlində Pokrovskun şərq hissəsinə helokopterlər vasitəsilə eniş edib.
Ukrayna ordusunun 7-ci Korpusundakı mənbə bildirib ki, Ukrayna xüsusi təyinatlı qüvvələri bir neçə gün əvvəl Rusiyanın pilotsuz təyyarələrinin hücumlarına baxmayaraq, mürəkkəb əməliyyat zamanı “Black Hawk” helikopteri vastəsilə əraziyə eniş edib. Xüsusi təyinatlı qüvvələrin hərəkətlərinə şəxsən Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirill Budanov nəzarət edib. Bu arada, Kirill Budanovun Pokrovska doğru getdiyi iddia edilən görüntülər internetdə yayılıb.
Həmçinin, Ukrayna hərbi kəşfiyyat qüvvələrinin Pokrovskun daha əvvəl ruslar tərəfindən ələ keçirilən və Ukraynanın logistikası üçün vacib hesab edilən ərazilərinə daxil olduğu bildirilir.
Lakin Rusiya Müdafiə Nazirliyi Rusiya qoşunlarının Ukrayna xüsusi təyinatlı qüvvələrinin Pokrovsk yaxınlığında eniş etmək cəhdinin qarşısını aldığını iddia edib. Nazirlik bildirir ki, "helikopterdən eniş edən 11 nəfərlik şəxsi heyətin hamısı öldürülüb".
Ukrayna əməliyyatla bağlı rəsmi açıqlama verməyib. Rusiya “Z-kanalları”nın məlumatına görə isə Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələri hazırda Rusiya qüvvələri tərəfindən işğal edilən Pokrovsk sənaye zonasında döyüşlər aparır.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.