AZ

"Liverpul"dan öndə olmağımız vecimə deyil" - Ruben Amorim

“Mançester Yunayted” doqquz matçdan sonra Premyer Liqanın turnir cədvəlində son çempion “Liverpul”dan öndədir. 

Fanat.Az xəbər verir ki, komandalar 16 və 15 xalla müvafiq olaraq altıncı və yeddinci yerdədirlər.

"Mançester Yunayted"in baş məşqçisi bununla bağlı ona ünvanlanan suala emosional cavab verib. Tanınmış insayder Fabrizio Romano portuqaliyalı çalışdırıcının fikirlərini belə təqdim edib:

"Liverpul"u qabaqlayıb-qabaqlamamağımız heç vecimə də deyil. Sadəcə, hər oyunda qalib gəlmək və birinci yerdə olmaq istəyirəm. Premyer Liqanı qazanmaq istəyirəm".

Xatırladaq ki, ötən mövsüm “Mançester Yunayted” İngiltərə Premyer Liqasını 15-ci pillədə başa vurub, “Liverpul” isə çempion olub.

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr