AZ

Maduro ABŞ-a qarşı üç ölkədən hərbi dəstək istədi

Venesuela hakimiyyəti hərbi radar təchizatı və qırıcı təyyarələrin təmiri üçün Çin, Rusiya və İrana müraciət edib.

“Cebheinfo.az” xəbər verir ki, “The Washington Post” qəzeti ABŞ hökumətinin sənədlərinə istinadən belə məlumat yayıb.

Qeyd edilir ki, Karakas həmçinin, Rusiyadan raketlər istəyə bilər.

ABŞ kəşfiyyatının məlumatına görə, Venesuelanın nəqliyyat naziri Ramon Çelestino Velaskes oktyabrın ortalarında Moskvaya səfər edib.

O, Prezident Nikolas Maduronun məktubunu Prezident Vladimir Putinə çatdırmalı idi.

Putindən hava hücumundan müdafiənin gücləndirilməsində kömək istənildiyi bildirilir. O cümlədən, Rusiyadan alınacaq qırıcı təyyarələrin bərpası istənilir.

Məlumata görə, Maduro Çin lideri Si Cinpindən radarların çatdırılmasını sürətləndirməyi istəyib. İrandan passiv kəşfiyyat avadanlığı, “GPS2 siqnallarını pozan cihazlar və dronlar istənilə bilər.

Moskva, Pekin və Tehranın Maduroya hansı cavabı verdiyi bəlli deyil. Təchizat tələbi ABŞ-ın Venesuela hökumətinə təzyiqi fonunda irəli sürülüb.

Seçilən
14
cebheinfo.az

1Mənbələr