Hazırda ömrünün 71-ci payızını yaşayan Novruz müəllimin Goranboydan sonrakı "dayanacagı" Şabran rayonu olub. Novruzov Şabrana nə az, nə çox, düz 12 il rəhbərlik edib.
71 yaşlı Novruz müəllim 2019-cu il aprel ayının 5-dən Siyəzənə rəhbərlik edir. Novruz Novruzov mətbuatla əməkdaslığa həvəssiz yanaşan məmurlardandır. Gözdən-könüldən uzaq qalmağa çalışdığı üçün internet resurslarında onun haqqında çox az məlumat var. Bu məlumatlar əsasən rəsmi məzmun daşıyır.Yaşının irəliləməsi ilə əlaqədar olaraq Novruzovun karyerasının son aylarını yaşadığını düşünənlər çoxdur. Amma əsas olan hakimiyyətin onun haqqında nə düşündüyüdür. Bunu isə zaman göstərəcək...
Zaur Əliyev / Mətbuat.azFotoda: Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov
