AZ

Zeytun yağının bilmədiyimiz faydaları

Zeytun yağı əsrlər boyu həm yemək mədəniyyətinin, həm də sağlam həyat tərzinin ayrılmaz hissəsi olub.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, tərkibindəki təbii maddələr sayəsində bu yağ orqanizmi daxildən qoruyur, bədəni zərərli toksinlərdən təmizləyir və ümumi sağlamlığa müsbət təsir göstərir.

Zeytun yağının ən böyük üstünlüyü onun təbii antioksidantlarla zəngin olmasıdır. Bu maddələr bədəndə sərbəst radikallarla mübarizə apararaq qocalma prosesini ləngidir və hüceyrələri zədələrdən qoruyur. Davamlı istifadəsi dərinin parlaqlığını artırır, saçların daha sağlam görünməsinə kömək edir.

Mütəxəssislərin fikrincə, zeytun yağı ürək və damar sağlamlığı üçün ən faydalı yağlardan biridir. O, “pis” xolesterini azaldır, qan dövranını yaxşılaşdırır və damar divarlarını möhkəmləndirir. Bu səbəbdən Aralıq dənizi mətbəxində onun geniş istifadəsi təsadüfi deyil. Həmin bölgələrdə insanlar uzunömürlülüyü ilə seçilirlər.

Zeytun yağı həmçinin həzm sistemini tənzimləyir, qaraciyərin fəaliyyətini dəstəkləyir və immun sistemini gücləndirir. Səhər acqarına bir çay qaşığı zeytun yağı içmək orqanizmi günə hazırlayır, enerjini artırır və mədə-bağırsaq sistemini aktivləşdirir.

Bununla yanaşı, zeytun yağı təkcə sağlamlıq deyil, həm də gözəllik üçün təbii vasitədir. Dəriyə və saçlara çəkildikdə onu dərin nəmləndirir, yumşaldır və təbii parlaqlıq bəxş edir.

Həmidə İbrahimova

Seçilən
28
1
olke.az

2Mənbələr