Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihəsi çərçivəsindəavqustun 30-da Bakı şəhərində “Aşıq Ədalət Nəsibov” adına Musiqi Tədris Mərkəzinin ofisində növbəti 2-ci dərs keçirildi.
Turkustan.az xəbər verir ki, “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri və "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihənin rəhbəri, şairə Pərvanə Mustafayeva yeniyetmə və gənc iştirakçıları salamladıqdan sonra sözü Aşıq Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin əməkdaşı aşıq Cavanşir Quliyevə verdi. Aşıq Cavanşir Quliyev 1-ci dərsdə keçirilən mövzular haqqında qısa xatırlatma etdikdən sonra yeni mövzu haqqında uşaqlara ətraflı bilgi verərək onlara öz qabiliyyətlərini nümayiş etdirməyə şərait yaratdı.
Aşıq dərsi yeniyetmə və gənclərin aktiv iştirakı ilə keçdi.
Tədbirin sonunda Pərvanə Mustafayeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bir daha öz təşəkkürünü bildirərək qeyd etdi ki, bu layihə qədim və milli irsimiz olan aşıq sənətinin yaşadılması istiqamətində dövlətlə vətəndaş cəmiyyətinin əməkdaşlığının ən bariz nümunələrindən biridir.
Xatırladaq ki, 3 aylıq layihə çərçivəsində 8 nəfər yeniyetmə və gəncə 10 dəfə aşıq dərsləri keçiriləcək.