AZ

"Boy-buxun, yaraşığım var, özümdən razıyam"

"Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu "Çərçivədən kənar" layihəsində qonaq olub.

Milli.Az xəbər verir ki, aparıcı efir zamanı öz populyarlığına toxunaraq bildirib ki, onun proqramı tamaşaçılar tərəfindən sevilməsəydi, bu qədər baxımlı olmazdı:

"Sevilməsəydim, verilişim bu qədər baxımlı olmazdı. 100 nəfərdən 20-si mənə baxsa xoşbəxt olaram. Onlar üçün çalışaram. 

Nəbioğlu həmçinin öz görünüşü ilə də fəxr etdiyini gizlətməyib.

O, özünü tərifləməkdən də çəkinməyib:

"Özümdən razı olmalyam da. Niyə narazı olum? Şükür Allaha, boy-buxun, yaraşıq verib. Bu gün çoxlarının olmaq istədiyi yerdəyəm. Təbii ki, istəyənlərdən danışıram. Bəlkə, çoxları bir ömür çalışıb ki, bu qədər danışılsınlar. Tam səmimi deyim ki, özümdən razıyam".

Tele-aparıcının bu fikirləri müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
34
1
milli.az

2Mənbələr