AZ

İran xarici işlər naziri ABŞ-nin tələbi barədə: Ağlı başında olan bunu eləməz

BAKI, 1 noyabr. TELEQRAF

“İran ABŞ ilə birbaşa danışıqlar aparmaq istəmir, amma nüvə məsələsi ilə bağlı Vaşinqtonla dolayı dialoq vasitəsilə razılığa gəlməyin mümkün olduğunu hesab edir”.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Vaşinqtonla birbaşa danışıqlar aparmaq niyyətimiz yoxdur, amma dolayı dialoq vasitəsilə razılıq əldə edə bilərik. Nüvə proqramımızın tamamilə dinc xarakter daşıdığına əminik və bu məsələdə narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırıq”, - nazir qeyd edib.

Əraqçinin fikrincə, ədalətli razılaşma əldə etmək imkanı mövcuddur, amma Vaşinqton qəbuledilməz şərtlər irəli sürüb. O həmçinin söyləyib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra İranın nüvə materialları hələ də dağıntılar altındadır və başqa yerə köçürülməyib.

Xarici işlər naziri vurğulayıb ki, İran uranın zənginləşdirilməsini dayandırmaq və raket proqramı ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.

“Ağlı başında olan heç kim silahsızlanmaya getməz”, - Abbas Əraqçi İranın raket proqramının müzakirə olunması ehtimalı barədə bildirib.

Seçilən
41
teleqraf.com

1Mənbələr