Sankt-Peterburqda polis şöbəsində xidməti maşınları yandırmağa cəhd etdiyinə görə 13 yaşlı məktəbli saxlanılıb, terror aktı cəhdi ilə bağlı iş açılıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, hadisə şəhərin Krasnoqvardeysk rayonunda baş verib. Daxili İşlər Nazirliyinin baş idarəsinin məlumatına görə, yeniyetmə naməlum şəxslərdən mesaj vasitəsilə aldığı təlimatlara əsasən polis şöbəsinin binasını yandırmağa cəhd edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetməni saxlayaraq İstintaq Komitəsinə təhvil veriblər. Yetkinlik yaşına çatmayan şəxsə qarşı terror aktı törətməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.
Musavat.com