80 filmdə rol alan fransalı türk əsilli aktyor Çeki Karyo 31 oktyabrda 72 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi aktyorun agenti Elizabet Tannerə istinadən məlumat yayıb.
Ailəsinin mediaya verdiyi açıqlamada isə deyilir ki, onun həyat yoldaşı və uşaqları Çeki Karyonun xərçəngdən vəfat etməsinə görə kədərlənirlər. Qeyd edək ki, 1953-cü ildə İstanbulda anadan olan Çeki Karyo 1980-ci illərin sonlarında Jan-Jak Arnonun "Ayı" filmindəki baş rolu ilə şöhrət qazanıb.
1990-cı ildə Karyo Lük Bessonun "Nikita" və 2001-ci ildə Jan-Pyer Jeunetin "Amelie" filmlərində rol alıb. O, həmçinin 1980-ci illərin əvvəllərində teatrda da çıxış edib.