AZ

Ruan Renato Azərbaycan millisinə cəlb olunur? - Rəşad Sadıqovdan açıqlama

BAKI, 1 noyabr. TELEQRAF

“Ruan Renato Azərbaycan millisinə xeyir verə bilər”.

Teleqraf xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov əslən braziliyalı futbolçusunun Azərbaycan yığmasına cəlb olunması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

O, 31 yaşlı oyunçunun özünün qərar verməli olduğunu söyləyib: “Legionerdən legionerə fərq var. Renatoda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən. Hansısa mövqeyə ehtiyac varsa, onun kimi futbolçuları milliləşdirmək olar. Amma məndən asılı qərar deyil, özü qərar verməlidir. Mən "Zirə"nin baş məşqçisi kimi sevinmirəm. Milliyə gedib-gəlməsi mənə sərf etmir”.

Qeyd edək ki, Ruan Renato 2021-2023-cü illərdə “Qəbələ”nin, 2023-dən isə “Zirə”nin şərəfini qoruyur.

Seçilən
31
2
teleqraf.com

3Mənbələr