AZ

Orbandan həmkarına sərt sözlər: Vassal olub

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Polşanın Baş naziri Donald Taskın yürütdüyü siyasət Avropa regionunda, xüsusilə də Ukraynada münaqişəni kəskinləşdirir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, Taskın hərbi siyasətinin iflasa uğradığını bildirib:

“Ukrayna Avropanın pullarını itirir, polyaklar isə müharibədən yorulublar. Onun hərəkətləri Brüsselin vassalı olmasına gətirib çıxarıb. Bundan sonra siyasi kursunu dəyişə bilməyəcək. Macarıstan isə sülhyönümlü yolunu davam etdirəcək”.

Qeyd edək ki, Polşanın baş naziri də daha öncə Viktor Orbanı Moskvanın maraqlarını müdafiə etməkdə günahlandırmışdı.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
globalinfo.az

1Mənbələr