AZ

Moldova Prezidenti Avropa İttifaqına çağırış etdi: Ləngiməyin

BAKI, 1 noyabr. TELEQRAF

Moldova Prezidenti Maya Sandu Brüsseli ölkəsinin Avropa İttifaqına üzvlüyü prosesini ləngitməməyə, buna aydınlıq və davamlı maraq göstərməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Sandunun sözlərinə görə, Moldova 2024-cü ilin iyununda Avropa İttifaqı ilə rəsmi danışıqlara başladığı vaxtdan etibarən qətiyyət nümayiş etdirib və öhdəliklərini yerinə yetirib:

“İndi bizə Avropa İttifaqı tərəfindən davamlı maraq və aydınlıq lazımdır ki, genişlənməni strateji prioritet kimi və öhdəliklərini yerinə yetirənlər üçün impulsu qoruyub saxlayaq”.

Prezident qeyd edib ki, Ukraynada müharibənin başlanmasından sonra Avropa İttifaqına üzvlük Moldova üçün daha dərin məna kəsb edir.

Seçilən
40
2
teleqraf.com

3Mənbələr