AZ

Restoran sektorunda qida təhlükəsizliyi baxımından bəzi strateji yanaşmalar məqsədəuyğundur

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

" Ölkədə dabaq xəstəliyinin qarşısının alınması üçün iribuynuzlu və xırdabuynuzlu heyvanlarda peyvəndləmə tədbirləri həyata keçirilir".Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.O, bildirib ki, heyvan bazarları, heyvanların alışı-satışı, daşınması və sərhəd nəzarəti risk faktorları hesab olunur:"Bu səbəbdən restoran sektorunda heyvan sağlamlığı və qida təhlükəsizliyi baxımından bəzi strateji yanaşmalar məqsədəuyğundur. Restoranlar heyvan mənşəli məhsullar alarkən təsərrüfatın sağlamlıq sertifikatları, baytarlıq yoxlamaları və qida təhlükəsizliyi sənədlərini tələb etməlidir. Bu, həm təhlükəsizliyi artırır, həm də cəmiyyətə nümunəvi yanaşmanı göstərir".Ekspert bildirib ki, riskli təsərrüfatlar və ya bölgələrdə xəstəlik halları qeydə alınarsa, menyuda “mənbə təsdiqlənmişdir”, “sertifikatlı təsərrüfatdan” kimi qeydlər əlavə olunaraq müştərilərə məlumat verilə bilər:"Ət məhsullarının qəbulundan başlayaraq emalı, saxlanması və hazırlanması proseslərində gücləndirilmiş sanitariya və bio-təhlükəsizlik qaydalarına əməl olunmalıdır, yuma, ayırma, soyuducu zəncirin qorunması və s. kimi".Onun sözlərinə görə, restoran rəhbərliyi ət məhsullarının təhlükəsiz və sertifikatlı təsərrüfatlardan əldə edildiyini müştərilərə izah etməklə etibar qurmalıdır:"Nəticə olaraq, maarifləndirmə, məsuliyyət və nəzarət bu sahədə əsas rol oynayır. Sağlam qidalanmaq üçün təhlükəsiz və təsdiqlənmiş məhsullara üstünlük verilməlidir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr