AZ

“Kızılcık şerbeti”ndə ŞOK AYRILIQ - O da GEDİR... AÇIQLANDI (FOTO)

“Kızılcık şerbeti” serialında ayrılıqlar davam edir.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, dördüncü mövsümü ilə tamaşaçı qarşısına çıxan məşhur ekran işində “Doğa” obrazını canlandıran aktrisa Sıla Türkoğlunun 113-cü bölümdə layihəyə vida edəcəyi rəsmən açıqlanıb.

DDDD.jpg

Aktrisanın serialdan ayrılması barədə məlumatı ekran işinin prodüseri Faruk Turgut sosial media hesabında təsdiqləyib.

Turgut sosial media hesabında yazıb:

“Serialımızın dəyərli aktrisası Sıla Türkoğlu 113-cü bölümdə layihədən ayrılacaq. Mövsümün əvvəlində ayrılmaq istəsə də, xahişimi yerə salmadı və 113-cü bölümdə qədər bizimlə davam etdi. Onun karyera yolunda daha böyük uğurlar qazanacağına inamım tamdır. Çox təşəkkürlər, Sıla! Yolun açıq olsun”.

Musavat.com

Seçilən
65
musavat.com

1Mənbələr