AZ

Keniyada leysan nəticəsində 20-dən çox adam ölüb, onlarla itkin var

BAKI, 1 noyabr. TELEQRAF

Keniyada güclü leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi 20-dən çox adamın həyatına son qoyub.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin qərbində Elgeyo Marakvet qraflığında baş verən torpaq sürüşməsi nəticəsində 20-dən çox insan ölüb, onlarla şəxs isə itkin düşüb.

Hadisəyə səbəb olan leysan yağışları bölgədə kütləvi dağıntılara və insan tələfatına yol açıb.

Əraziyə xilasetmə qrupları, helikopterlər və milli müdafiə qüvvələri cəlb olunub.

Lakin keçilməz yollar və əlverişsiz hava şəraitinin axtarış-xilasetmə işlərini çətinləşdirdiyi qeyd olunur.

Seçilən
35
teleqraf.com

1Mənbələr