AZ

"Qarabağ"ın rəqibində ayrılıq yaşanacaq

Ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olmasına rəğmən, yeni çempionata inamsız başlayan "Liverpul" klubunda ayrılıq yaşanmaq üzrədir. 

Fanat.Az xəbər verir ki, mersisaydlıların idman direktoru Riçard Hyuz "Əl-Hilal"dan təklif alıb. 

İnformasiyanı "The Anfield Talk" yayıb. Mənbənin məlumatına görə, 46 yaşlı mütəxəssisin Səudiyyə Ərəbistanı klubu ilə danışıqları artıq yüksək mərhələyə çatıb.

Hyuz 2024-cü ilin yayından "Liverpul"dadır. Şotlandiyalı mütəxəssis bundan əvvəl "Bornmut"da on il texniki direktor vəzifəsində çalışıb.

“Əl-Hilal” yeddi oyundan sonra Səudiyyə Ərəbistanının liqa cədvəlində ikincidir. Komandanın baş məşqçisi əvvəllər Milan “İnter”ində çalışmış Simone İnzaqidir.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun gələn il yanvarın 29-da İngiltərədə keçiriləcək.

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr