AZ

Bakıda separatçı ermənilərin istintaqı bitdi - Rusiya mediası görün necə təqdim etdi...


Akif Nağı: “...Məqsədli və qərəzli şəkildə bu cür qələmə verməyə çalışır”

Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Rusiyanın “EADaily” saytı bu barədə yaydığı məlumatda, təəssüf ki, kifayət qədər yanlışlığa yol verib, səhv yanaşma sərgiləyib. “EADaily” saytı “Bakı məhkəməsində Dağlıq Qarabağ Respublikasının keçmişprezidentlərinə qarşı istintaq başa çatıb” ifadəsini dırnaqsız təqdim edib və belə qələmə verib ki, guya “Dağlıq Qarabağ Respublikası” qanuni bir respublika imiş. Halbuki, bu ifadəni ya dırnaq içində verə, ya da onu tanınmamış, separatçı, qondarma respublika kimi təqdim edə bilərdi. Bu daha düzgün və obyektiv yanaşma olardı. Çünki o, Azərbaycan ərazində yaradılan separatçı bir qurum idi və onu heç Ermənistan özü belə tanımamışdı. Amma Rusiyanın bu saytı bütün bunları nəzərə almadan separatçılar haqda yazarkən belə qələmə verib ki, guya belə bir dövlət varmış, o ləğv edilib, guya A.Hartunyunyan da onun “prezidenti” imiş.

Rusiya mediasının bu təqdimatı və yanaşması, təbii ki, qəbuledilməzdir.

Separatçıların məhkəməsinin istintaq prosesi artıq başa çatıb, noyabrın 3-dən tərəfləri dinləməyə başlayacaqlar, dövlət ittihamçısı danışacaq, müdafiə tərəfi danışacaq və sair.

Məhkəmənin istintaq hissəsinin başa çatmasının nə kimi əhəmiyyəti var? Bu istintaqın başa çatmasının Azərbaycana qarşıErmənistanın təcavüz cinayətlərinin ifşa olunması tarixi üçün nə kimi əhəmiyyəti olacaq?

“Bu qətiyyən yolverilməzdir və qəbuledilməzdir, yanlış yanaşmadır, təxribatdır”

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, məhkəmənin ən vacib hissəsi başa çatıb, məlumatlar toplanıb, tədqiqatlar aparılıb, şahidlər dindirilib. “Bu çox vacib mərhələdir və bundan sonrakı mərhələdə məhz proses gəlinən nəticələrin üzərində qurulacaq. Bu mərhələdə Azərbaycan çox obyektiv, ədalətli məhkəmə prosesi qurmağı bacardığını göstərdi, hər tərəfdən gələn təzyiqlərin qarşısını aldı. Müxtəlif mərkəzlər, bəzi dövlətlər Azərbaycana təzyiq edib öz məqsədlərini təmin etmək üçün nəyəsə nail olmaq istəyirdilər, məhkəmə prosesini pozmağa çalışırdılar. Avropa Parlamentində, digər ölkələrdə, müxtəlif strukturlarda qərəzli qətnamələr qəbul edilirdi, “müdafiə komitələri” yaranırdı. Bunlar hamısı məhkəmənin işinə müdaxilə cəhdləri idi. Azərbaycan tam obyektiv və ədalətli mövqedə dayanaraq bütün bu cəhdlərin qarşısını aldı. Ona görə hesab edirəm ki, bu mərhələnin başa çatması Azərbayanın siyasi rəhbərliyi,

hüquq-mühafizə, məhkəmə sistemi üçün uğur kimi dəyərləndirilməlidir. Bütün təzyiqlərə baxmayaraq, obyekrtiv şəkildə aşkarlıq prinsipinə əməl etməklə, dəlil və sübutları ortaya qoymaqla mərhələni başa çatdırdı. Bu baxımdan hesab edirəm ki, bu mərhələ çox əhəmiyyətlidir”.

A.Nağı hesab edir ki, məhkəmənin istintaq mərhələsinin başa çatması, çox dəhşətli faktların ortaya çıxması və sübut olunması Ermənistanın Azərbaycana qarşı təcavüz cinayətlərinin ifşası baxımından əhəmiyyətə malikdir: “Bu proses zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində insanlığa qarşı dəhşətli cinayət törətdiyi bir daha sübut olundu. İstintaq prosesi beynəlxalq aləm tərəfindən yaxından izlənilirdi. Məhkəmənin bu mərhələsinin yekunlaşması Ermənistanın təcavüz cinayətlərinin ifşa olunması istiqamətində mühüm rol oynayacaq. Çünki hər şey aşkar şəkildə ortaya çıxarıldı”.

Rusiyanın “EADaily” saytının Bakı məhkəməsində ittiham olunanların bu şəkildə təqdimatına gəlincə, A.Nağı bildirdi ki, bu amil Rusiyanın hələ də bu proseslə bağlı təzyiqlərini davam etdirdiyini göstərir. “Rusiyanın “EADaily” saytı Bakı məhkəməsində istintaqı başa çatan caniləri məqsədli və qərəzli şəkildə bu cür qələmə verməyə çalışır. Hərbi canilər yazmaq əvəzinə onları “legitim” rəhbərlər kimi təqdim edir,“prezident” ifadəsi işlədir. Bu qətiyyən yolverilməzdir və qəbuledilməzdir, yanlış yanaşmadır, təxribatdır. Bu, Rusiyanın siyasətinin göstəricisidir. Ermənistan nə qədər Qərbə meyl edirsə Rusiya ondan əl çəkmir, ondan öz maraqları üçün istifadə etməyə çalışır. Bu gün Ermənistanda hakimiyyətdə olanlar da, açıq şəkildə olmasa da, üstüörtülü şəkildə öz məqsədləri üçün Bakıda mühakimə edilən caniləri müdafiə etməyə çalışırlar. Çünki bu adamlar o cinayətləri Paşinyanla vədigərləri ilə birgə törədiblər, necə deyərlər,“podelnikdirlər”. Ona görə də Ermənistanda hakimiyyətdə olanlar onların müdafiəsini hansısa formada təşkil etməyə çalışırlar. Amma Ermənistan müxalifətindəkilər var gücləri ilə çalışırlar ki, bu məsələni gündəmə gətirsinlər, bununla bağlı siyasi dividendlər qazansınlar. Bu, Ermənistandakı proseslərə Rusiya tərəfindən bir dəstək kimi dəyərləndirilməlidir ki, Rusiya bu cür mövqe sərgiləməklə Ermənistanda öz mövqeyini bərpa etməyə, ordakı müəyyən qüvvələri hərəkətə gətirməyə çalışır. Məqsəd bundan ibarətdir”.

A.Nağı hesab edir ki, bundan sonra atılan addımlar Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqe, hədəflər, şərtlər məcrasında gedəcək. “Dövlətin mövqeyi belədir ki, hərbi canilər öz cəzalarını almalıdırlar. Haqlı mövqedir. Dünya da belələrini qəbul etmir və bir nümunə göstərir ki, hərbi caniləri qətiyyən bağışlamaq olmaz. Əgər hərbi cinayətkarlar bağışlanarsa, bu, dünyada çox böyük fəlakətlərə gətirib çıxa bilər. Dünya faşizm üzərindəNürnberq Məhkəməsi qurdu. İndiyə qədər bu proses davam edir, faşist canilərin yaşlarının neçə olmasından asılı olmayaraq aşkarlanan kimi üzərlərində məhkəmə qurulur, cəzalarını alırlar.

Bakıda keçirilən məhkəmənin gedişində dəhşətli faktlar ortaya çıxıb. Ermənilərin hansı cinayətlər törətdiyi faktlarla sübut olunub. Bu məhkəmə bu cinayətləri həm özümüzün daxili maraqlarımız, həm qətlə yetirilənlərin yaxınlarının mövqeyi, həm törədilən cinayətin cəzasız qalmaması baxımından əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan dünyaya da bir nümunə göstərir ki, axıra qədər bu məsələlərdə prinsipial olmaq lazımdır. Bir cinayətləri törədən canilər cəzasız qalarsa, bu, başqaölkələrdə cinayətkarları stimullaşdırar. Hesab edirəm ki, istintaq prosesinin nəticəsi müsbət oldu. Bu canilər layiqli cəzalarını alacaqlar. Yəni Rusiya və Ermənistan mətbuatının onları necə qələmə verməsindən asılı olmayaraq onlar cəzasız qalmayacaq”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA

Seçilən
38
baki-xeber.com

1Mənbələr