AZ

Azərbaycanın sabahı: Hansı sahələr daha çox gəlir gətirəcək?

Azərbaycan şirkətləri yaxın beş ildə tikinti və xammal sektorunun, o cümlədən nəqliyyat və logistika sahələrinin daha çox böyüyəcəyini proqnozlaşdırır. Bu barədə "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatın doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib.

Sorğunun nəticələrinə görə, şirkətlər yaxın beş ildə Azərbaycanda ən sürətli inkişafın tikinti və xammal sektorunda (20 %), eləcə də nəqliyyat və logistika sahələrində (20 %) olacağını proqnozlaşdırır. Bu proqnozlar real iqtisadi trendlərlə nə dərəcədə üst-üstə düşür? Növbəti beş ildə ölkədə daha çox hansı sahələrin inkişaf edəcəyi gözlənilir?

“Emaledici qida sənayesi və yüngül sənaye inkişaf edəcək”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, növbəti beş ildə əsas hədəflər idxalın əvəzlənməsi ilə bağlı olacaq: “Çünki məqsəd yerli istehsalın genişləndirilməsidir. Bu, həm qiymətlərin optimallaşdırılması, həm də valyutanın ölkədə qalması baxımından vacibdir. Emaledici qida sənayesinin daha da inkişaf etdiriləcəyi gözlənilir. Yüngül sənayedə də üstünlüklər mövcuddur. Bu sahələr növbəti beş ildə əsas prioritetlər siyahısındadır”.

Seçilən
29
publika.az

1Mənbələr