AZ

Putin: MDB ölkələrində bu problem getdikcə kəskinləşir

BAKI, 1 noyabr. TELEQRAF

“Su ehtiyatları problemi Rusiya ilə həmsərhəd olan ölkələr üçün getdikcə daha da kəskinləşir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Su ehtiyatları məsələsi təkcə bizim üçün deyil, həm də qonşularımız - MDB ölkələri üçün getdikcə daha ciddi problemə çevrilir. Bizdə, şükürlər olsun, vəziyyət normaldır, amma ətrafımızda bu, çox kəskin məsələdir.

O sahədə bizdə müəyyən rəqabət üstünlükləri var və bunlardan səmərəli şəkildə istifadə etməliyik”, - Putin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelqiriyevlə görüşündə bildirib.

Seçilən
36
teleqraf.com

1Mənbələr