Avrasiya.net Sudanın Azərbaycandakı səfiri Ənəs Əltayib Əlqeylanin 27 oktyabr 2025-ci ildə Əl-Faşerdə törədilən soyqırım cinayətləri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransındakı çıxışını təqdim edir.
Əl-Faşer şəhəri və Darfur bölgəsində bir neçə məntəqə günü-gündən güclənən dərin insan faciəsinin şahidi olur. Belə ki, yaşayış məskənləri müharibə və insanlığa zidd cinayətlər müstəvisinə çatan fiziki zorakılığa, habelə geniş miqyasda qəfil ölümlərə və məcburi yerdəyişməyə məruz qalır. Etibarlı xəbərlər sistemli təcrübələrə işarə edərək, bunu yaşamaq və sağ qalmaq hüquqlarına sığınmaqdan başqa çarələri qalmayan müdafiəsiz mülki şəxslərə qarşı törədilmiş etnik təmizləmə kimi təsnif edir.
Həqiqətlərin aydınlığına və mövcud dəlillərə baxmayaraq beynəlxalq ictimaiyyət dinc sakinlərin himayəsinə yönəlmiş hüquqi və mənəvi məsuliyyətini yerinə yetirməkdə ləngiyir. Bu, daha qətiyyətli mövqelərin və daha çevik tədbirlərin görüldüyü dünyanın digər böhranları ilə müqayisədə tamamilə ziddiyyət təşkil edir. Bu ikili standartlar beynəlxalq təhlükəsizlik və sülhə inamı sarsıdır, beynəlxalq hüququ pozanlara cəzadan yayınaraq əməllərini davam etdirmək üçün daha çox imkan verir.
İnsanlıq və təhlükəsizlik baxımından ciddi fəsadlar yaradan bu fəlakətli vəziyyət davam edərək Sudanın sərhədlərini aşır və təsiri bütün bölgəyə yayılır. İş o yerə çatıb ki, humanitar yardımın çatdırılmasını təmin etmək üçün təcili və effektiv beynəlxalq tədbirlərə ciddi zərurət yaranıb.
Şimali Darfur bölgəsinin paytaxtı əl-Faşerdə üsyançı terror qüvvələri tərəfindən həyata keçirilmiş vəhşi hücum üsyançı əsgərlərin kameraları tərəfindən sənədləşdirilən dəhşətli və qəddar səhnələrlə tarixə müdafiəsiz dinc vətəndaşlara qarşı törədilmiş ən dəhşətli etnik təmizləmə və soyqırım kimi həkk olunacaq.
Şəhərin təxminən 500 gün mühasirəyə alınmasına qədər uzanan bu əməliyyat, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının əl-Faşerin mühasirəsinin aradan qaldırılmasını tələb edən 2024-cü il tarixli 2736 saylı qətnaməsi kimi beynəlxalq qətnamələrinin mövcudluğuna baxmayaraq planlaşdırılmışdı. Bu qətnamənin yerinə yetirilməməsi beynəlxalq iradənin olmaması deməkdir ki, bu da terrorçu qüvvələrə beynəlxalq qanunlara meydan oxumağa imkan verib. Bundan əlavə, Sudanda iqtisadi və siyasi maraqları olan bəzi qonşu dövlətlərin və regional güclərin sövdələşmələri nəticəsində üsyançı qüvvələrin logistik və maddi-texniki dəstəklərinin artması Sudan kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən aşkar olunub.
Bölgənin Üsyançı qüvvələrə dəstəyi ilə bağlı əlavə dəlilə ehtiyac yoxdur. Bir çox media orqanları və qəzetlər bu qüvvələrin xaricdən aldığı dəstək haqqında yazmışlar. Britaniyanın Guardiyan qəzeti 2025-ci il 28 oktyabr tarixli nömrəsində bunu sübuta yetirmişdir. Amerikanın “The Wall Street Journal”ı və “The Washington Post” qəzeti də terrorçu qüvvələrin əldə etdiyi və Sudan silahlı qüvvələrinin əlinə keçən Amerika və Britaniya silahlarını təsbit etmişdir.
Dəhşətli səhnələr, günahsız və müdafiəsiz insanların öldürülməsi, iki min şəhid və minlərlə yaralının olduğu insan qətliamları beynəlxalq ictimaiyyətin, Birləşmiş Millətlər Təşkilatının və İnsan hüquqlarını müdafiə təşkilatlarının rüsvayçılığını göstərir. Hansılar ki, üsyançı qüvvələrin liderlərinə ittihamlar yağdırır və bu böyük qanun pozuntularına görə hüquqi məsuliyyəti onlara yükləyirdilər.
Biz bilirik ki, hər kəsə məlum olan bəzi qüvvələrin böyük dəstəyi, xaricdən dronlar və beynəlxalq müstəvidə qadağan olunmuş silahlardan istifadə olmasaydı üsyançı qüvvələr əl-Faşeri müqavimətlə ələ keçirə bilməzdilər. Bu qruplaşma, eyni zamanda, Çad, Liviya, Kolumbiya, Nigeriya və Malidən olan sərhədyanı terrorçu muzdluları da cəlb etmişdir ki, bu da gələcəkdə sahil və səhra bölgələrində və Afrikanın qərb bölgəsində beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradacaq.
Əl-Faşerdakı mühasirə səhnələri bizə 1992-ci ildə soyqırıma məruz qalmış Xocalıdakı mühasirəni xatırlatdı. Artıq üstündən otuz üç il keçmişdir. Keçən ilin oktyabr ayında o şəhəri ziyarət etmək bizə nəsib oldu. Biz silahlı qüvvələrin hüquqi və mənəvi cəhətdən məsuliyyətini daşımalıyıq. 1994-cü ildə Ruvandada baş vermiş soyqırım cinayətləri, 1995-ci ildə Bosniyada törədilmiş Srebrenitsa soyqırımı- İkinci Dünya müharibəsindən sonra Avropa qitəsində törədilmiş ən dəhşətli kütləvi qırğın hesab olunan belə soyqırım cinayətləri baş verməsin deyə məsuliyyət daşımalıyıq.
Sudan hökuməti mülki şəxsləri qorumağa və münaqişə zonalarında ehtiyacı olanlara və məcburi köçkünlərə humanitar yardım, ərzaq və dərman çatdırılmasını asanlaşdırmağa hər zaman qətiyyətlə hazırdır.
Beynəlxalq ictimaiyyət və humanitar təşkilatlar, xüsusən də münaqişə zonalarında lazımi vaxtda yardım göstərməyib, əksinə, inzibati keçid olaraq Çad sərhəddindən qida tranziti kimi istifadə edərək üsyançı qüvvələrə qida və silah ötürmüşlər. Əl-Faşer daxilində olan 800 mindən təxminən 200 min şəxs öldürülmüşdür. Xəstəxanada yaralılar öldürülmüşdür. Əl-Faşerdə etnik qruplar məhv edilmişdir. Tibbi personal və humanitar işçiləri, Sudan Qızıl Aypara Cəmiyyətini hədəfə almış, döyüşdən qaçan ailələri, qadınları və uşaqları təqib edərək soyuqqanlı şəkildə öldürmüşlər.
Sudan Suveren Keçid Şurasının sədri və Silahlı Qüvvələrin Baş Komandanı silahsız mülki şəxslərin həyatını, dövlət və özəl mülkiyyəti qorumaq, bölgənin paytaxtını tamamilə dağıdılmaqdan xilas etmək üçün Əl-Faşerdən texniki qüvvələrin çıxarıldığını elan etdi. Prezident silahlı qüvvələrin şəhəri geri almaq, şəhidlərin qanının qisasını almaq və Sudanın müqəddəs torpağının hər qarışını xarici xəyanətkar və muzdlu fəaliyyətin çirkabından təmizləmək əzmini təsdiq etdi.
Fürsətdən istifadə edərək, bu qəddar terror cinayətlərini pisləyən bütün dost və qardaş ölkələrə, regional və beynəlxalq təşkilatlara, o cümlədən Səudiyyə Ərəbistanı Krallığına, Misirə, Küveytə, Ərəb Dövlətləri Liqasına, İslam Əməkdaşlıq Təşkilatına, Afrika İttifaqına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsinə, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinə və Böyük Göllər Təşkilatına təşəkkür etmək istərdik.
Biz, BMT Təhlükəsizlik Şurasını və bütün sülhsevər dövlətləri bu silahlı qruplaşmanı terror təşkilatı kimi tanımağa, liderlərini məsuliyyətə cəlb etməyə və onların cəzadan yayınmaması və dərhal məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq. Biz həmçinin bu silahlı qruplaşmanın maliyyələşdirilməsində, ona pul və silah təchizatında iştirak edən, bu cinayətlərdə şərik olmuş həm region daxilində, həm də xaricində olan bütün ölkələrin liderlərinin cəzalandırılmasını tələb edirik.
Biz, Sudan hökumətinin siyasi prosesə və Sudanda sülhün əldə edilməsinə sadiq olduğunu və Sudan hökuməti tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edilən yol xəritəsinə uyğun olaraq siyasi həll və razılaşma tapmaq üçün qardaş dövlətlərin və bəzi təşkilatların sülh təşəbbüslərinə hökumətin cavab reaksiyasının müsbət olduğunu vurğulamaq istərdik. Lakin hər zaman biz regional dəstək və beynəlxalq susqunluqla gücləndirilən silahlı üsyançı qüvvələr tərəfindən rədd cavabı alırıq.