AZ

Premyer Liqa: “Zirə” 3 xalı 3 qolla qazandı

BAKI, 1 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında X turun növbəti oyunu “Karvan-Yevlax” və “Zirə” komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüş “qartallar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Karvan-Yevlax”dan İmani Barkerlə (29-cu dəqiqə) Kayl Spens (62), “Zirə”dən isə Brahim Konate (57), Leroy-Cak Mikels (74) və Ayron Qomis (87) fərqləniblər.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu qələbə ilə xallarının sayını 19-a çatdıraraq 2-ci pilləyə yüksəlib. Azər Həşimovun komandası 5 xalla 11-ci sıradadır.

Qeyd edək ki, tura noyabrın 3-də yekun vurulacaq.

Seçilən
31
teleqraf.com

1Mənbələr