AZ

Spalletti debüt oyununda Kənan Yıldızdan faydalana bilməyəcək

Uğursuz mövsüm keçirən, 8 oyunluq qələbəsiz seriyadan sonra İqor Tudorla yollarını ayıran ''Yuventus''da yeni baş məşqçi Luçano Spalletti debüt matçında Kənan Yıldızın xidmətindən yararlana bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, turin nəhəngi bu gün A seriyasının 10-cu turunda ''Kremoneze''nin qonağı olacaq.

Türkiyəli gənc ulduzun dizində ağrılar var. Bu üzdən ''Yuve'' ona bir oyunluq istirahət fürsəti yaradıb. Kənan komanda ilə birlikdə səfərə yollanmayıb. O, Turində qalıb və fiziki durumunu yaxşılaşdırmaq üçün məşqlər edir. Kənan həftəiçi ''Udineze'' ilə qarşılaşmada (3:1) 90 dəqiqə meydanda olmuş və penaltidən qol da vurmuşdu. Ancaq 20 yaşlı vinger bu dəfə mövsümdə ilk dəfə ''Yuve''nin iştirak ərizəsinə düşməyəcək. Klubun həkimləri onu növbəti oyuna qədər tam hazır vəziyyətə gətirməyə çalışacaqlar.

''Yuve'' çərşənbə axşamı Çempionlar Liqasında ''Sportinq''ə qarşı çox vacib oyuna çıxacaq. Həmin matçda Yıldızın Spallettinin ixtiyarında olacağı gözlənilir. Bu gün isə ''Yuve''nin hücumda əsas silahlarından sayılan Kənansız necə təsir bağışlayacağı maraq doğurur.

Seçilən
20
1
football-plus.az

2Mənbələr