AZ

Bu yol xəstəlik mənbəyidir: kəskin qoxu, üfunət iyi… – FOTOLAR

Lənkəranda küçədə zibil tullantılarının yığılıb qalması sakinlər üçün problem yaradır.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərinin Böyük Bazar ərazisində, daha doğrusu Məmmədqulu Məmmədov küçəsində (Lənkəran Dövlət Universitetinin yaxınlığında) zibil tullantıları yığılıb qalıb. Yoldan keçənlərin sözlərinə görə, ərazidə zibil tullantıları onların səki ilə hərəkətində problem yaradır. “Səkilərdə yığılıb qalan zibil tullantıları və xəndəklərin üfunətindən məcbur olub avtomobil yolu ilə hərəkət edirik. Bu da bizim üçün təhlükədir”.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə şənbə və bazar günləri zibil maşınları əraziyə gəlmir. Bu səbəbdən həmin günlərdə vəziyyət daha da pisləşir. “Bazar küçəsi olduğuna görə ərazidə insanların gediş-gəlişi çoxdur və yığılan tullantılar küçədə kəskin qoxu yaradır. Bu da yoldan keçənlərin haqlı narazılığına səbəb olur.

Qeyd edək ki, sözügedən küçədə bir ədəd zibil qutusu var. Sakinlərin gündəlik zibil tullantılarının həcmi çox olduğu üçün, qutu tez dolur. Nəticədə, küçədə və xüsusilə suötürücü xəndəklərdə zibil yığılıb qalır. Mövcud hal ətrafda yaşayan sakinlər üçün antisanitar vəziyyət yaradır, həm də suyun ötürmə axarını çətinləşdirir.

Seçilən
20
nocomment.az

1Mənbələr