AZ

Kanada baş naziri ABŞ prezidentindən üzr istəyib – “Reuters”

Kanadanın Baş naziri Mark Karni keçmiş prezident Ronald Reyqanın reklamına görə ABŞ Prezidenti Donald Trampdan üzr istədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Mark Karninin sözlərinə görə, bu, çərşənbə günü Cənubi Koreya prezidentinin verdiyi şam yeməyində hər iki liderin iştirakı zamanı baş verib.

Karni bildirib ki, reklamı dərc edilməmişdən əvvəl görüb və Forddan onu yayımlamamasını rica edib.

Cənubi Koreyanı tərk edərkən Tramp təfərrüatları açıqlamadan Karni ilə “çox xoş” söhbət etdiyini söyləyib.

Agentlik xatırladıb ki, Ontario əyalətinin Baş naziri Duq Ford sifariş etdiyi reklamda tariflər tənqid olunub. Həmin reklamda keçmiş ABŞ prezidenti Ronald Reyqanın sitatlarından istifadə edilib.

Reklamın yayımlanmasından sonra Tramp bəyan edib ki, Kanadaya tarifləri 10% artırıb və ölkə ilə ticarət danışıqlarını dayandırıb.

Xatirə SADİQ

Seçilən
34
nocomment.az

1Mənbələr