AZ

Xırdalanda yeniyetmə binadan yıxılaraq öldü - VİDEO

Azərbaycanda nəqliyyat sektorunun kreditləşdirilməsində kəskin artım qeydə alınıb. Cari ilin oktyabrın 1-nə olan göstəricilərə görə, sektora yönəldilən kreditlərin həcmi 1 milyard 784,8 milyon manata çatıb. 

Müqayisə üçün ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 370,8 milyon manat idi.

Bəs nəqliyyat vasitələrinin kreditlə alınmasının artması bazarda süni qiymət artımına və ya paytaxtdakı tıxac probleminin daha da dərinləşməsinə gətirib çıxara bilərmi? Ümumiyyətlə, nəqliyyat sektorunda kreditləşmənin bu qədər sürətlə artmasının əsas səbəbləri nələrdir?

istehsalı modellərin bazara çıxması prosesi daha da sürətləndirib:

“Artıq 20-25 min manata sıfır kilometr maşın almaq mümkündür. Halbuki bir neçə il əvvəl həmin məbləğə yalnız 10-15 illik avtomobil tapmaq olurdu. Yəni qiymət münasibdir, kredit şərtləri isə alıcı üçün nisbətən əlçatandır. Lakin bu tendensiyanın mənfi tərəfləri də var. Nəqliyyat kreditlərinin çoxalması avtomobillərin sayını artırmaqla tıxac və qəzahallarını da çoxaldır. Yol-nəqliyyat hadisələrinin çoxalması həm vətəndaşlara, həm də dövlət büdcəsinə əlavə yük yaradır. Qəzalar nəticəsində dövlət əmlakına dəymiş zərərin bərpası da büdcədən maliyyələşdirilir”.

Müsahibimiz deyib ki, sürücülük vəsiqələrinin asanlıqla əldə edilməsi və kreditlərin hər kəs üçün əlçatan olması nəticəsində bəzi ailələr artıq ikinci, hətta üçüncü avtomobillərini alırlar:

“Bu, həm tıxac problemini dərinləşdirir, həm də bank sektorunda riskləri artırır. Belə vəziyyətdə kredit portfelində likvidlik problemi yarana bilər. Rəsmi gəliri az olan, əlavə gəlir mənbəyi olmayan şəxslərə kredit verilməsi sonradan ödəniş problemlərinə gətirib çıxarır. İşini itirən və ya əmək qabiliyyətini müvəqqəti itirən şəxslər kreditlərini qaytara bilmir, nəticədə borc artır, avtomobil satılsa belə, borcun hamısı ödənilmir. Bu baxımdan, kredit verən təşkilatlar üçün daha sərt tələblərin tətbiqi vacib görünür. Kredit alan şəxsin gəlir mənbəyi, maliyyə sabitliyi və ödəmə qabiliyyəti diqqətlə qiymətləndirilməlidir. Zaminlik və digər təminat mexanizmləri gücləndirilməlidir. Əks halda, avtomobil kreditləri sahəsində yaranan süni “əlverişlilik” uzunmüddətli iqtisadi risklərə çevrilə bilər”.(global.info)

Seçilən
24
avtosfer.az

1Mənbələr