İtaliya A Seriyasında növbəti baş məşqçi dəyişikliyi baş verib.
Apasport.az xəbər verir ki, “Cenoa” baş məşqçisi Patrik Vieyra ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 49 yaşlı çalışdırıcının gedişinə komandanın uğursuz nəticələri səbəb olub.
Qeyd edək ki, Patrik Vieyra 2024-cü ilin noyabrında “Cenoa”nın baş məşqçisi təyin olunmuşdu. A Seriyasında 9 turdan sonra hələ də qələbə qazanmayan Genuya təmsilçisi 3 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
La Liqada ayın ən yaxşı futbolçusu bəlli olub
“Fənərbaxça”nın futbolçusu karyerasını İspaniyada davam etdirə bilər
“Rams Park” və “19 May Stadionu” UEFA-nın gündəmində
“Barsa” doğma meydanına qayıdır
Türkiyədə mərc qalmaqalı: 149 hakim futboldan uzaqlaşdırıldı