AZ

İlk insanların haradan gəldiyi məlum oldu ARAŞDIRMA

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Beynəlxalq antropoloqlar qrupu ilk insan köçünün indiki Cənubi Afrikanın sahillərindən başlamış ola biləcəyini bildirirlər. 

Lent.az xəbər verir ki, araşdırma “Transactions of the Royal Society of South Africa” (TRSSA) jurnalında dərc edilib. Məqalədə təxminən 70.000 il əvvəl kiçik insan qruplarının cənub sahillərini tərk edərək qitənin şərq sahilləri ilə hərəkət etməyə başladığı qeyd olunur. Onlar 20-30 min ildən sonra Qırmızı dənizi keçərək Ərəbistan yarımadasına çatıblar, oradan da Avrasiyaya yayılıblar.

Tədqiqatçılar qeyd edirlər ki, Cənubi Afrika icmalarının iqlimi, resursların mövcudluğu və inkişaf səviyyəsi miqrasiyanın başlanması üçün ideal şərait yaradıb. 

Onlar hesab edirlər ki, əhalinin artımı, resurslar uğrunda rəqabət və iqlim dəyişikliyi müasir insanların əcdadlarını Böyük Miqrasiyaya sövq edib. Sahil marşrutu qida, su və mülayim iqlim təmin etməklə yanaşı, böyük yırtıcılarla qarşılaşma riskini də azaltmaqla ən təhlükəsiz olduğunu sübut edib.

Fərqanə Novruzova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
lent.az

2Mənbələr