BAKI, 1 noyabr. TELEQRAF
İtaliyanın "Cenoa" klubu baş məşqçi Patrik Vieyra ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Cenoa” doqquz turdan sonra üç xalla A Seriyasının sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Patrik Vieyra 2024-ci ilin noyabrından “Cenoa”nın baş məşqçisi idi.