AZ

PSJ-ni tərk etmək istəyir

Lukas Beraldo PSJ-ni tezliklə tərk edə bilər.

“Ekip” nəşrinin yaydığı xəbərə görə, braziliyalı futbolçu bu mövsüm kifayət qədər oyun imkanı əldə etmədiyi üçün narazıdı. O, artıq klub rəhbərliyinə yanvarda ayrılmaq istədiyini bildirib. Baş məşqçi Luis Enrike də futbolçunun bu istəyinə qarşı deyil.

21 yaşlı mərkəz müdafiəçisi PSJ-yə 2024-cü ilin yanvarında “San Paulu”dan 20 milyon avroya transfer olunub. O, bu mövsüm Paris klubunda 11 oyunda çıxış edib və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Seçilən
29
1
football-plus.az

2Mənbələr