AZ

Ər Riyad VI İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 1 noyabr, AZƏRTAC

Noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, budəfəki yarışın proqramına 19 əsas idman növü ilə yanaşı, əlilliyi olanlar üçün 3 xüsusi idman növü salınıb.

İslamiada İslam Həmrəyliyi İdman Federasiyası (İSSF) tərəfindən təşkil olunur. Bu oyunların ideyası ilk dəfə 1981-ci ildə Səudiyyə Ərəbistanı tərəfindən III İslam Zirvə Toplantısında təqdim edilib.

Qeyd etmək lazımdır ki, I İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Azərbaycan idmançıları indiyədək bu oyunlarda, ümumilikdə 300 medal qazanıblar.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
azertag.az

4Mənbələr