BAKI, 1 noyabr. TELEQRAF
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 1-3-də Misirdə işgüzar səfərdə olacaq.
Teleqraf xəbər verir ki, o, Misir Prezidenti Əbdalfəttah əs-Sisinin dəvəti ilə Qahirədə Misir Milli Muzeyinin açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Vaaqn Xaçaturyanın bir sıra beynəlxalq görüşləri nəzərdə tutulub.