AZ

Təbrizdə qəza – Təyyarə hava limanına çırpıldı


Bu gün səhər Təbriz hava limanının uçuş-enmə zolağına eniş edərkən idarəetməni itirən təlim təyyarəsi hava limanına bitişik binalardan birinə dəyib.

Sitat.info Güney Azərbaycan “Telegram” kanallarına istinadən bildirir ki, təyyarənin gövdəsinin ciddi zədələndiyi qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qəzadan dərhal sonra Təhlükəsizlik və Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi hadisə yerinə gələrək yanacaq sızmasının qarşısının alınması və təyyarənin alışmasına qarşı tədbirlər görüb.

Seçilən
45
1
sitat.info

2Mənbələr