Sea Breeze

TƏBİB-in dəstəyilə “Medinex” sərgisinin işgüzar proqramı çərçivəsində “Koqnitiv pozuntu və depressiya” adlı keys sessiyası keçirilib.

Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Bərpa Mərkəzinin uşaq və yeniyetmə psixoloqu Dəniz Umarova “Depressiyanın koqnitiv modelləri və psixoterapevtik yanaşma”, Nəfəs Psixonevroloji Mərkəzinin uşaq və yeniyetmə psixiatrı Ceyran Əhmədova isə “Diqqət əskikliyi və hiperaktiv pozuntu (DƏHP) və beyin texnologiyaları: Gələcəyin müdaxiləsi” mövzusunda təqdimatla çıxış edib.
D.Umarova depressiya və onun əsas simptomlarından, depressiyanın koqnitiv modellərindən söz açıb:

“Koqnitiv davranış terapiyasının əsas prinsipləri düşüncənin emosiya və davranışları formalaşdırması, mənfi avtomatik düşüncələrin psixoloji narahatlığa səbəb olması, düşüncə tərzinin dəyişməsidir.

Terapiya zamanı əsas məqsədlər düşüncə tərzini dəyişərək emosional rifahı artırmaq, şəxsin özünü dərkini və problemlərlə mübarizə bacarığını gücləndirmək, qısamüddətli və məqsədyönlü yanaşma təmin etmək, terapiyadan sonra şəxsin özünüidarəetmə bacarığını inkişaf etdirməkdən ibarətdir”.

C.Əhmədova çıxışında bildirib ki, DƏHP uşaqlarda ən çox rast gəlinən ruhi pozuntulardan biridir:

“Diqqətsizlik (uşaqların diqqətini detallara yönəldə bilməməsi, dərslərində tez-tez səhvlər etməsi və s.), hiperaktivlik (uşağın çox vaxt yerində dayana bilməməsi, əlləri və ayaqlarının daim hərəkətdə olması və s.), impulsivlik (sualın sonunu gözləmədən cavab vermə, növbə gözləməkdə çətinlik çəkmə və s.) hallarında valideynlər diqqətli olmalı, mütəxəssislərə müraciət etməlidirlər”.

C.Əhmədova sözügedən hallarda alternativ müalicə yanaşmalarından, bədən tərbiyəsi və idmandan, pəhriz, qida dəstəyi və vitaminlərlə bağlı da iştirakçıları məlumatlandırıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX