AZ

Kilian Mbappe “Real”da ən yaddaqalan qolunu açıqlayıb

“Real Madrid”in hücumçusu Kilian Mbappe karyerasında ən çox yadda qalan qolunu açıqlayıb.

90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu bildirib ki, onun üçün ən xüsusi qol “Santyaqo Bernabeu” stadionunda “Betis”ə vurduğu ilk qol olub.

“Adətən son vurduğum qolu seçirəm, amma bu dəfə ilk qolu – “Bernabeu”dakı qolu qeyd edərdim. Matçdan əvvəl həyəcanlı idim. Ümid edirəm, bu, burada vuracağım bir çox qolların başlanğıcı oldu” 

25 yaşlı hücumçu həmin görüşdə iki qol vurub. Oyun 2024-cü il sentyabrın 1-də, La Liqanın 4-cü turu çərçivəsində baş tutub və “Real” 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Mbappe daha öncə “Monako” və PSJ komandalarında çıxış edib.

Seçilən
23
90deqiqe.az

1Mənbələr