İtaliyanın “Cenoa” klubu baş məşqçi Patrik Viyera ilə əməkdaşlığa son qoyub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun sosial şəbəkə X (keçmiş “Twitter”) hesabında rəsmi məlumat yayılıb. Açıqlamada qeyd olunur:
“Klub baş məşqçiyə və onun köməkçi heyətinə göstərdikləri məsuliyyət və peşəkarlığa görə təşəkkür edir, onlara gələcək karyeralarında uğurlar arzulayır.”
Fransalı mütəxəssis 2024-cü ilin noyabrında “Cenoa”nın sükanı arxasına keçmişdi. Lakin komanda cari mövsümdə uğursuz çıxış edir. İtaliya A Seriyasının doqquz turundan sonra “Cenoa” cəmi üç xal toplayaraq turnir cədvəlinin son pilləsində, yəni aşağı liqaya düşmə zonasındadır.
Klub yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacaq.