AZ

Türkmənistan və Fələstin tərəfdaşlığı genişləndirir

BAKI, 1 noyabr. TELEQRAF

Türkmənistan parlamentinin sədri Dünyagözəl Gülmanova Fələstinin ölkəsindəki səfiri Rane əbu Hicleh ilə görüşüb

Teleqraf xəbər verir ki, tərəflər Türkmənistanın daxili və xarici siyasətinin əsas istiqamətlərini, sosial-iqtisadi islahatların dəstəklənməsində parlamentin rolunu, sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkənin təşəbbüslərini müzakirə ediblər.

Səfir Fələstinə humanitar yardıma görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkür edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, siyasi, parlament və humanitar əlaqələrin inkişaf etdirilməsi vurğulanıb. Tərəfdaşlığın daha da gücləndirilməsi üçün müvafiq qurumlar arasında qarşılıqlı əlaqənin, o cümlədən gənc və qadın parlamentarilərin iştirakının intensivləşdirilməsi təklif olunub.

Seçilən
39
teleqraf.com

1Mənbələr