AZ

PSJ-nın hücumçusu yığmamızla Bakıdakı oyuna gətirilməyəcək

DÇ-2026-nın seçmə mərhələsində son oyunlarını Ukrayna və Azərbaycan millisinə qarşı keçirəcək Fransa yığması ciddi itki ilə üzləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hücumçu Desire Due qarşıdakı rəsmi matçları buraxmalı olacaq.

Buna səbəb 20 yaşlı forvardın Fransa Liqa 1-nin 10-cu turunda “Loryan”la (1:1) səfər oyununda ciddi zədə almasıdır.

Dəqiq diaqnoz yekun tibbi müayinədən sonra veriləcək. Lakin onun ən azı bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir.

Yerli KİV Duenin PSJ-nin qarşıdakı matçlarını və millinin noyabrdakı görüşlərini buraxacağını yazıb. Bu da o deməkdir ki, futbolçu yığmamızla Bakıdakı görüşə gətirilməyəcək.

Maraqlıdır ki, Desire Due bu ayın 10-da Azərbaycan millisi ilə Parisdə baş tutan qarşılaşmanı da bənzər zədə səbəbindən buraxmışdı.

Azərbaycan – Fransa oyunu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Seçilən
35
sportinfo.az

1Mənbələr