AZ

Bakı metrosunda rəqəmsal ödəniş imkanı yaradıldı

Bakı Metropolitenində rəqəmsal ödəniş imkanları genişlənir. Artıq sərnişinlər metrodan istifadə zamanı NFC funksiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə keçid zamanı birbaşa ödəniş edə biləcəklər.

Yeni sistem hazırda Bənövşəyi xəttin bütün stansiyalarında — “Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında — sınaq mərhələsində tətbiq olunur. Sınaq müddətində texniki çətinlik yarandığı halda sərnişinlər “BakıKart” və digər mövcud ödəniş vasitələrindən istifadə edə bilərlər.

Seçilən
22
teleqraf.com

1Mənbələr