AZ

Mədənçıxarma sektoruna verilən kreditlərin həcmi 19 faiz azalıb

BAKI, 1 noyabr. TELEQRAF

Bu il oktyabrın 1-nə Azərbaycanda mədənçıxarma sektorunda fəaliyyət göstərən şəxslərə banklar tərəfindən (qeyri-banklar istisna olmaqla) 650,8 milyon manat həcmində kredit verilib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz azdır.

Xatırladaq ki, ötən ilin sonuna isə Azərbaycanda mədənçıxarma sektorunda fəaliyyət göstərən şəxslərə 720,2 milyon manat kredit verilmişdi.

Ümumilikdə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31 milyard 41,8 milyon manat təşkil edib.

Seçilən
19
teleqraf.com

1Mənbələr