AZ

Donald Tramp: Co Bayden cinayətkardır və həbsxanada olmalıdır, zahirən, eləcə də daxildən çirkin insandır

ain.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Donald Tramp: Co Bayden cinayətkardır və həbsxanada olmalıdır, zahirən, eləcə də daxildən çirkin insandır

ABŞ Prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Co Baydenin həbsxanada olması gərəkdiyini bildirir.

Oxuməni.az “Life.ru”ya istinadla bildirir ki, bu barədə Tramp sosial şəbəkədə Donald Tramp və onun müttəfiqlərinə qarşı 6 yanvar işi üzrə istintaqın dəlil və hüquqi dəqiqlikdən məhrum olduğunu bildirən məqalə paylaşır.

“O, cinayətkardır və həbsxanada olmalıdır. Vicdansız və uğursuz. Zahirən, eləcə də daxildən çirkin insan. Onu acı şəkildə məğlub etdim və çırpınmasını izləməkdən zövq alıram” – Tramp yazır.

Trampın paylaşdığı məqalədə qeyd olunub ki, 2022-ci ildə Trampa qarşı əsas dəlillər “CNN”in müsahibəsindən Trampın ehtimal edilən sui-qəsddə iştirakını göstərən çıxarışlar olub.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
oxumeni.az

2Mənbələr