AZ

Mbappe PSJ ilə "Real Madrid"i müqayisə etdi

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe "Kral klubu"nu sabiq komandası PSJ ilə müqayisə edib. 

Fanat.Az xəbər verir ki, "The Touchline" fransız forvardın fikirlərini belə çatdırıb:

"Real Madrid" və PSJ arasındakı fərq? Onlar tamamilə fərqli iki klubdur. "Real Madrid" zəngin, uzun bir tarixə malikdir, PSJ isə gənc klubdur. Mədəniyyət də fərqlidir. Şübhəsiz ki, PSJ də ən güclülər arasındadır, amma "Real Madrid" dünyanın ən yaxşı klubudur. Hər ikisi ilə əlaqəli olmaqdan qürur duyuram".

26 yaşlı forvard 2017-2024-cü illərdə Paris nəhəngində çıxış edib və 308 matçda 256 qol vuraraq bütün zamanların bombardiri olub. O, 2024-cü ilin yayından bəri "Real Madrid"in uğurları üçün çalışır. O, madridlilərin heyətində bütün yarışlarda 72 matça çıxaraq 60 qol vurub.

Mirağa

Seçilən
16
fanat.az

1Mənbələr