Türkiyə Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazırdır.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında davamlı atəşkəsin əldə olunması üçün ilk təməl məhz İstanbulda qoyulub.
Hakan Fidan qeyd edib ki, bu danışıqlar nəticəsində əsir mübadiləsi və Taxıl dəhlizi kimi mühüm məsələlərin həlli təmin olunub.
O, Türkiyənin bu dialoqu davam etdirməkdə qərarlı olduğunu vurğulayıb və Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazır olduqlarını bəyan edib.