AZ

Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir - Bakıda bir sıra mühüm sənədlər imzalanıb (FOTO)

Bakı. Trend:

Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyinümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində SəhiyyəNazirliyində görüş keçirilib.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə, həmçinin Ukraynanın ölkəmizdəkifövqəladə və səlahiyyətli səfiri Yuri Husyev və Azərbaycan-Ukraynaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ƏlibalaMəhərrəmzadə də iştirak ediblər.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimizarasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davametdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonraAzərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərininformalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunuqeyd edib.

Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyükdiqqət və önəm verdiyini vurğulayan nazir, bu sahəninmodernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişafetdirilməsi, səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycanüçün prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.
Viktor Lyaşkonun rəhbərliyi etdiyi geniştərkibli nümayəndəheyətinin ölkəmizə səfərinin mahiyyətini vurğulayan Teymur Musayevdeyib: “Səfər Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsindəstrateji tərəfdaşlığın möhkəmləndirilməsinə, farmasevtika,onkologiya, pediatriya, kardiologiya və tibbi təhsil sahələrindəbirbaşa praktiki əməkdaşlığın inkişafına güclü təkan verəcək. Eynizamanda, iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlığıngenişləndirilməsinə yeni imkanlar yaradacaq”.

Öz növbəsində Ukraynanın səhiyyə naziri ölkəsinə göstərdiyihumanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünübildirib. Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunuvurğulayan Viktor Lyaşko ölkələrimizin tarixi və ənənəvi dostluqmünasibətlərinin mövcudluğunu diqqətə çatdırıb: “Heydər ƏliyevFondunun və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə nazirliyinSanatoriya-Kurort Bərpa Mərkəzində valideyn himayəsindən məhrumolan 7-17 yaşlı ukraynalı uşaqlar üçün reabilitasiya kursununtəşkili bunun əyani təsdiqidir”.

Daha sonra iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə vətibb elmi sahəsində yenilənmiş Əməkdaşlıq haqqında Sazişimzalanıb.

Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Ukraynanınsəhiyyə naziri Viktor Lyaşko imzalayıblar.

Əməkdaşlıq haqqında Sazişin mahiyyətini vurğulayan TeymurMusayev və Viktor Lyaşko qeyd ediblər ki, sənədin əsas məqsədi həriki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusionalçərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafınatöhfə verilməsi, habelə əməkdaşlıq proqramlarının həyatakeçirilməsidir. Eyni zamanda, sənəd xalq təbabətinin, farmasevtikasənayesinin, həmçinin tibbi təhsilin inkişafı sahələrində stratejitərəfdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi çərçivəyaradır.
Səfər çərçivəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi iləUkrayna Milli Xərçəng İnstitutu, Azərbaycanın K.Y. Fərəcova adınaElmi-Tədqiqat Pediatriya İnstitutu ilə Ukraynanın "Oxmatdıt" UşaqXəstəxanası, eləcə də kardioloji mərkəzlər arasında ƏməkdaşlıqMemorandumları imzalanıb.

Həmçinin, Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli TibbUniversiteti arasında tələbə və mütəxəssis mübadiləsi, birgə elmitədqiqatların həyata keçirilməsi də daxil olmaqla yeni ƏməkdaşlıqMemorandumu imzlanıb.

İmzalanan sənədlər iki ölkə arasında səhiyyə sahəsindəuzunmüddətli və səmərəli strateji tərəfdaşlığınmöhkəmləndirilməsinə xidmət edir.

Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Ukrayna
Məqalədə:
Seçilən
27
10
az.trend.az

10Mənbələr