AZ

Vaqif Sadıqov: Onun gəlişi gənc yerli futbolçulara təcrübə baxımdan müsbət təsir göstərəck

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Neftçi"də bütün addımlar atılır ki, klub əvvəlki əzəmətini qaldırsın". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.Məşqçilər Komitəsinin sədri Misli Premyer Liqasının X turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Kəpəz" oyunundan gözləntiləri açıqlayıb:"Neftçi" rəhbərliyi istəyir yaxın gələcəkdə çempionluq uğrunda mübarizə aparan komanda yaratsınlar. Vinsent Abubakarın transferi də buna hesablanan addımdır. Bu cür futbolçular öz adlarını yüksəkdə saxlamaqdan ötrü çempionatdan aslı olmayaraq özlərini yaxşı tərəfdən göstərmək istəyir. Onun gəlişi "Neftçi"də olan gənc yerli futbolçulara təcrübə baxımdan müsbət təsir göstərəck. Abubakar ən yaxşı formasını yığsa, biz o zaman kamerunlu hücumçunun bacarığının şahidi olacağıq. Hər iki komandanın vəziyyətindən asılı olmayaraq "Neftçi" - "Kəpəz" matçı gərgin keçir. Bu oyuna qədər "Kəpəz" turnir cədvəlində özünə yaraşmayan yerdədir. Ancaq Azər Bağırovun gəlişindən sonra müsbət məqamlar gözə çarpır. Güclü qalib gəlsin".Qeyd edək ki, qarşılaşmaya saat 17:00-da start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
sport24.az

2Mənbələr