GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Rusiya və ABŞ Ukrayna məsələsi ilə bağlı təmasları tam kəsməyib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Moskvadakı diplomatik mənbə TASS-a bildirib.
Mənbənin sözlərinə görə, Rusiya Alyaska sammitində əldə olunmuş razılaşmalardan kənara çıxmayıb.
Həmçinin son zamanlarda KİV-də qəsdən Moskva və Vaşinqton arasında vəziyyətin gərgin olduğuna dair təxribat xarakterli materialların yayıldığı qeyd edilib. Nəşr yazır ki, məhz buna görə Rusiya və ABŞ liderlərinin görüşünə hazırlıq prosesində problem yaranıb. Hətta Ukrayna böhranının da eyni səbəbdən uzandığı bildirilir.
Lakin buna baxmayaraq Kremllə Ağ Evin dialoqu davam etdirdiyi vurğulanır.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.